...

Rusiyanın müxtəlif şəhərlərində 28 May – Müstəqillik Günü qeyd edilib

28.05.2022

Rusiyanın müxtəlif şəhərlərində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 104-cü ildönümü münasibətilə tədbirlər keçirilib.

Sankt-Peterburq şəhərində baş tutan tədbir zamanı soydaşlarımız bayram münasibətilə müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin barelyefini ziyarət ediblər.

“Sankt-Peterburq və Leninqrad vilayəti Azərbaycan Milli-Mədəni Muxtariyyəti”nin və Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğunun birgə təşkilatçılığı ilə gerçəkləşdirilən aksiya zamanı ulu öndərin barelyefi önünə güllər düzülüb və bir dəqiqəlik sükutla xatirəsi yad edilib.

Aksiya iştirakçıları qarşısında çıxış edən “Sankt-Peterburq və Leninqrad vilayəti Azərbaycan Milli-Mədəni Muxtariyyəti”nin sədri Vaqif Məmişov bildirib ki, 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbirlərin keçirilməsi ənənəvi Azərbaycan dəyərlərinin qorunub saxlanılmasına və soydaşlarımız arasında birliyin möhkəmləndirilməsinə xidmət edir. “Müstəqilliyimiz və tariximiz ölkəmizin salnaməsinə şanlı hərflərlə yazılıb. Biz fəxr etməliyik ki, bu gün dünyanın ən gözəl şəhərlərindən biri sayılan Sankt-Peterburqda Azərbaycanın zəngin mədəniyyətini tərənnüm, qədim tarixini təbliğ edə bilirik”, - deyə Azərbaycan icmasının rəhbəri qeyd edib.

***

Çeçenistan Respublikasının Qroznı şəhərindəki Heydər Əliyev meydanında 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbir zamanı Çeçenistan hökumətinin təmsilçiləri, yerli ictimaiyyətin və Azərbaycan icmasının nümayəndələri xalqımızın ümummilli lideri Heydər Əliyevin meydandakı abidəsini ziyarət ediblər. Abidənin önünə güllər düzülüb, Azərbaycanın müstəqil dövlətçiliyi uğrunda misilsiz xidmətlər göstərən görkəmli şəxsiyyətlərin ruhlarına dualar oxunub.