...

“Azİz” Beynəlxalq İsrail-Azərbaycan Assosiasiyası Prezident İlham Əliyevi təbrik edib

27.05.2022

“Azİz” Beynəlxalq İsrail-Azərbaycan Assosiasiyasının prezidenti Lev Spivak Azərbaycan Prezidenti İlham Əliyevi 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib.
Təbrikdə deyilir:
“Hörmətli İlham Heydər oğlu.
“Azİz” Beynəlxalq İsrail-Azərbaycan Assosiasiyası İsraildə yaşayan çoxminli Azərbaycan icması adından Sizi Müstəqillik Günü münasibətilə təbrik edir.
Şərqdə ilk demokratiya – Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən əsası qoyulmuş dövlət idarəçiliyi ənənələrini sonrakı dövrdə Azərbaycan xalqının ümummilli lideri dahi Heydər Əliyev bərpa etmiş və Siz həmin ənənələri davam etdirirsiniz.
Bugünkü Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisi və siyasi davamçısıdır. Müxtəlif millətlərin və dini konfessiyaların nümayəndələri indi də Azərbaycanda bərabərhüquqlu şəkildə yaşayırlar. Bu, bizim Vətənimizi bir sıra başqa ölkələrdən xüsusilə fərqləndirir.
Sizin Prezident vəzifəsində fəaliyyətinizin lap əvvəlindən Azərbaycan dəyişməyə başlayıb. Sizin müdrik və uzaqgörən siyasətiniz sayəsində Azərbaycan regionda və onun hüdudlarından kənarda nüfuz və iqtisadi cəlbedicilik qazanıb.
Biz, İsraildə yaşayan Azərbaycan icması öz Vətənimizlə həmişə fəxr etmişik. Lakin indi, Sizin rəhbərliyinizlə Azərbaycanın işğalçıları qovduğu və Vətən müharibəsində qalib gəldiyi vaxtda biz daha aydın başa düşürük ki, bu, ilk növbədə, Sizin xidmətinizdir və bütün bunlara görə Sizə təşəkkür edirik.
Əziz İlham Heydər oğlu, Sizi və Sizin timsalınızda bütün Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edirik.
Azərbaycan xalqına sülh, firavanlıq və xoşbəxtlik arzulayırıq”.