Türkiyə mediasında azərbaycanlı jurnalistin “Dinməyən acı: Xocalı” kitabından bəhs edilib
Türkiyənin https://www.star.com.tr xəbər portalında “Xocalını unutmadıq, unutmayacağıq!” sərlövhəli məqalə yayımlanıb.
Ankara Hacı Bayram Vəli Universitetinin Jurnalistika fakültəsinin dekanı, professor Zakir Avşarın qələmə aldığı məqalədə azərbayvanlı jurnalist-yazar, siyasi elmlər üzrə fəlsəfə doktoru Sabir Şahtaxtının Türkiyədə nəşr olunan “Dinməyən acı: Xocalı” kitabından bəhs edilib. Türkiyəli professorun təhlili göstərir ki, kitab qardaş ölkənin elmi dairələrində böyük maraq doğurub.
“Rəsmi arxiv sənədlərinə, bilavasitə əldə olunmuş tarixi mənbələrə və şahid ifadələrinə müvafiq olaraq Sabir Şahtaxtı öz kitabında sübur edir ki, Xocalı soyqırımı erməni quldur dəstələrinin 200 ilə yaxın dövr ərzində həm Türkiyədə, həm də Azərbaycanda törətdikləri soyqırımı aktlarının davamıdır. Azərbaycanlı jurnalist-yazar Sabir Şahtaxtının qələmə aldığı “Atılmayan ağrı... Xocalı” kitabı real məlumat və sənədlərlə Xocalı qətliamını bütün dünyaya çatdıran tarixi əsərdir”, - deyə professor yazıb.
Xatırladaq ki, kitab “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Avrasiya Yazarlar Birliyinin təşkilatçılığı ilə Türkiyənin “BENGÜ” Yayın Evi tərəfindən nəşr edilib.
Səkkiz fəsildən və 688 səhifədən ibarət olan kitabda Azərbaycan Prezidenti İlham Əliyevin Xocalı soyqırımının otuzuncu ildönümü ilə bağlı imzaladığı Sərəncam da öz əksini tapib.
Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:
https://www.star.com.tr/acik-gorus/hocaliyi-unutmadik-unutmayacagiz-haber-1710915/