Dövlət Komitəsi ADA Universiteti tərəfindən təşəkkürnamə ilə təltif olunub
Diasporla İş üzrə Dövlət Komitəsi ADA Universiteti tərəfindən təşəkkürnamə ilə təltif olunub.
Komitə 10-cu Karyera Sərgisində iştirakına və ADA Universiteti tələbələrinin məşğulluq səviyyəsinin gələcək inkişafına verdiyi dəyərli töhfəyə görə mükafatlandırılıb.
Qeyd edək ki, mayın 6-da ADA Universitetində “İstedadlarla karyera yolları arasında körpü” devizi altında 10-cu Karyera Sərgisi keçirilib. Sərginin məqsədi tələbə və məzunları bir araya toplamaq, ölkəmizin əmək bazarındakı karyera imkanları ilə tanış etmək, onların şəbəkələşməsini və şirkətlərlə peşəkar əlaqələrinin qurulmasını təmin etməkdir.
Tədbirdə 100-dən çox şirkət və qurum təmsil olunub. ADA-nın 1500-ə yaxın tələbə və məzunu həmin şirkət və qurumların təqdim etdiyi müxtəlif karyera fürsətləri barədə ətraflı məlumat əldə ediblər.