...

Bolnisidə "Müstəqilliyimiz əbədidir" adlı inşa müsabiqəsinin iştirakçıları mükafatlandırılıb

26.05.2022

Bolnisidə yerləşən "Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi"ndə Gürcüstanın müstəqilliyi ilə bağlı keçirilən "Müsdəqilliymiz əbədidir" adlı inşa müsabiqəsinin qaliblərinin və iştirakçılarının mükafatlandırma mərasimi baş tutub.

Tədbiri sözügedən mərkəzin direktoru Rezo Həsənov giriş sözü ilə açıq elan edib. Mərkəzin həmtəsisçisi Şahin Gülməmmədov qonaqları salamlayıb və bu günün önəmi barədə qonaqlara məlumat verib.

Tədbirə qatılan müəllimlər, valideynlər və digər qonaqlar müsabiqənin təşkil olunmasına görə "Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi"nə və təşkilatçılara öz təkliflərini və təşəkkürlərini bildiriblər.