...

Stokholmda “Salam, Qarabağ!” adlı konsert təşkil edilib

24.05.2022

İsveçin paytaxtı Stokholm şəhərində 28 May – Müstəqillik Günü münasibətilə “Salam, Qarabağ!” adlı konsert keçirilib.

“SAF” İsveç-Azərbaycan Dərnəyinin təşkilatçılığı ilə gerçəkləşdirilən tədbirdə soydaşlarımız və türk diasporunun nümayəndələri iştirak ediblər.

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Cümhuriyyət qurucularının və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Tədbirdə çıxış edən “SAF” İsveç-Azərbaycan Dərnəyinin rəhbəri Sevda Dadaşova və başqaları ölkəmizin azadlığı və müstəqilliyi uğrunda aparılan kəşməkeşli mübarizə, Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi və süqutu, XX əsrin sonlarında xalqımızın dövlət müstəqilliyini bərqərar etməsi, İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun torpaqlarımızı işğaldan azad etməsi barədə fikirlərini bölüşüblər.

Tədbirin bədii hissəsində Stokholmda yaşayan sənətçilər Bora Serbülent, Elnur Muradov və Azərbaycandan gələn musiqiçilər konsert proqramını təqdim ediblər.