Tallində həftəsonu Azərbaycan məktəbi fəaliyyətə başlayıb
Estoniya Azərbaycan Evinin nəzdində həftəsonu Azərbaycan məktəbi fəaliyyətə başlayıb.
İlk dərs zamanı məktəbin müəllimi Nərgiz Əsgərova kiçık yaşlı müdavimlərinə Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti və adət-ənənələri barədə ümumi məlumat verib. Dərslər hər bazar günü saat 12.00-da keçirilir.
Qeyd edək ki, dünyanın müxtəlif ölkələrində Qarabağın və görkəmli şəxsiyyətlərimizin adlarını daşıyan həftəsonu Azərbaycan məktəbləri fəaliyyət göstərir. Dərslərin qarışıq (ənənəvi/onlayn) format əsasında təşkil olunduğu tədris ocaqlarında milli sərvətimiz olan Azərbaycan dili, ədəbiyyatı, tarixi və mədəniyyəti öyrədilir.
Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən həmin məktəblər dərs vəsaitləri ilə təmin edilir. Xaricdə yaşayan soydaşlarımız və övladları belə məktəblərə xüsusi maraq göstərirlər.