...

Monteneqro mediasında Heydər Əliyevin xilaskarlıq missiyasından bəhs edilib

11.05.2022

Monteneqro mediasında Azərbaycanın görkəmli dövlət xadimi, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş məqalə dərc olunub.

Tanınmış publisist Bojidar Prororiçin qələmə aldığı məqalədə xalqımızın ümummilli liderinin həyat və fəaliyyəti, Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanması və inkişafı naminə həyata keçirdiyi siyasi kurs barədə ətraflı məlumat verilib.

“Heydər Əliyevin azərbaycanlıların qəlbini fəth etməsindən və onların könlündə əbədi qalmasından yarım əsrə yaxın vaxt keçir. Heydər Əliyev dahi insan, tarixi şəxsiyyət idi, belə insanlar bir dəfə üzə çıxır və ən çətin anlarda, məhz onlara ən çox ehtiyac duyulan anda gəlir və azadlıq işığı ilə əbədi parlayırlar. Heydər Əliyev özünün parlaq baxışları ilə hələ sağlığında Azərbaycan xalqının milli-iqtisadi dirçəlişinin liderinə çevrildi, həyatdan cismən gedəndən sonra da xalqının hörmətini, məhəbbətini itirmədi. O, hər bir azərbaycanlı üçün ideala, dünyanın bir çox siyasətçiləri və liderləri üçün isə əlçatmaz şəxsiyyətə çevrildi. İndiki Azərbaycana nəzər salsaq, əminliklə deyə bilərik ki, Heydər Əliyev öz ölkəsinin gələcəyini öncədən görən insan idi”, - deyə müəllif vurğulayıb.

Qeyd edək ki, Azərbaycan-Monteneqro Mədəniyyət və İqtisadiyyat Mərkəzinin rəhbəri, Şərqi Avropa Azərbaycanlılarının Koordinasiya Şurasının Monteneqro üzrə əlaqələndiricisi Seyran Mirzəzadənin təşəbbüsü ilə məqalə yerli saytlarda yerləşdirilib.

Məqaləni ətraflı şəkildə aşağıdakı linklərdən oxumaq mümkündür:

https://madeinmontenegro.com/bozidar-prorocic-veliki-lideri-hejdar-alijev-uz-99-godisnjicu-rodenja/

https://skalaradio.com/bozidar-prorocic-veliki-lideri-hejdar-alijev-uz-99-godisnjicu-rodenja/

https://crnogorskiportal.me/sadrzaj/8125