...

Qazaxıstan Xalqları Birliyi Gününə həsr olunmuş tədbirdə ölkəmiz təmsil olunub

06.05.2022

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Buxara vilayətində fəaliyyət göstərən Azərbaycan diasporunun rəhbərliyi ilə görüş keçirilib.

Görüş zamanı mərkəzin direktoru Samir Abbasov, Buxara şəhəri üzrə Azərbaycan diaspor təşkilatının rəhbəri, Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin sədri Kamran Babayev ölkəmizin qədim tarixinin, zəngin mədəniyyətinin özbək cəmiyyətində təbliğ olunması, diasporumuzun fəaliyyəti istiqamətində əməkdaşlıq məsələləri və gələcək planlar barədə fikir mübadiləsi aparıblar.

Görüşün sonunda Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin adından Buxara vilayəti üzrə Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinə ölkəmizə dair zəngin kitab kolleksiyası hədiyyə edilib. Kolleksiyaya “Azərbaycan ədəbiyyatı özbək dilində” layihəsi çərçivəsində çap olunan kitablar, Azərbaycanın tarixi, ədəbiyyatı, mədəniyyəti, turizm potensialına dair çoxsaylı nəşrlər daxil edilib. Onların arasında Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini, Azərbaycan Prezident İlham Əliyevin həyata keçirdiyi islahatları əhatə edən kitablar, Heydər Əliyev Fondunun layihəsi çərçivəsində dərc edilən vəsaitlər yer alıb.

Qeyd edilib ki, 2022-ci ilin payız aylarında Buxara şəhərində Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərinin keçirilməsi nəzərdə tutulub.

Görüşdə Daşkənd vilayəti üzrə Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin sədri Qalib Müslümov da iştirak edib. Qonaqlar Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin kitabxanasını, muzeylərini ziyarət edib, layihələr və nailiyyətlərlə tanış olublar.