...

Dünya Azərbaycanlılarının qurultayları tarixində ilk... - VİDEO

04.05.2022

Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında bir sıra diaspor fəallarına müxtəlif dövlət mükafatları təqdim olunub.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə qurultay ərəfəsində xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsində xidmətlərinə görə 21 diaspor fəalı təltif olunub, o cümlədən 2 nəfər “Əməkdar elm xadimi” fəxri adına, 2 nəfər “Azərbaycan Respublikasının Prezidentinin Fəxri Diplomu”na, 8 nəfər “Dostluq” ordeninə, 11 nəfər “Tərəqqi” medalına layiq görülüb.

Qeyd edək ki, bu sayda diaspor fəalının təltif olunması Dünya Azərbaycanlılarının qurultayları tarixində ilk hadisədir.

Bundan başqa, “Diaspor fəaliyyətində fərqlənməyə görə” medalı ilə təltif olunanlara da mükafatları təqdim olunub.

Mükafatları diaspor fəallarına Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi ilə yanaşı, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov təqdim ediblər.

https://youtu.be/GjUe0dwuKnc