...

Diaspor fəalları şəhid ailələri və qazilərlə görüşüb

04.05.2022

Bakıya səfər çərçivəsində Azərbaycan diasporunun nümayəndələri müharibə veteranları, Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və qazilərlə görüş keçirib.

Benilüks Azərbaycanlıları Konqresinin, “Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatının və “Yüksəliş” Gənclər Hərəkatının rəhbərlərinin qatıldıqları görüş zamanı Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri 101 yaşlı Fatma Səttarovaya və sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilova fəxri fərmanlar, 100-dən çox şəhid ailəsinə və qazilərə bayram sovqatları təqdim edilib.