...

Alman-Azərbaycan Cəmiyyətinin sədri: “Prezidentin Zəfər qurultayındakı çıxışı gələcək fəaliyyətimizin konsepsiyasını müəyyən etdi”

28.04.2022

Alman-Azərbaycan Cəmiyyətinin sədri, texnika üzrə fəlsəfə və kulturologiya üzrə elmlər doktoru, professor Çingiz Abdullayev Dünya Azərbaycanlılarının V Qurultayı və təltif olunması ilə bağlı təəssüratlarını bölüşüb.

O, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalına layiq görülməsindən böyük sevinc hissi keçirdiyini bildirib və buna görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib: “Mükafatlandırılmağımı həm 30 illik fəaliyyətimə, həm də hamımızın birgə əməyinə verilən yüksək qiymət hesab edirəm. Həqiqətən də mükafatlar ruhlandırıcı xarakter daşıyır. Mən dövlət başçısının Dünya Azərbaycanlılarının V Qurultayındakı çıxışını diqqətlə dinlədim və bu çıxış həqiqətən də bizim gələcək fəaliyyətimizin konsepsiyasını müəyyən etdi”.

Professor V Qurultayın Zəfər qurultayı adlandırılmasının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb: “Dünya azərbaycanlılarının bir araya gəlməsi, Cıdır düzünə toplaşması qürurverici hadisə idi”.