...

Bilkənt Universitetinin professoru ölkə rəhbərliyinə təşəkkür edib

28.04.2022

Əməkdar elm xadimi, Bilkənt Universitetinin professoru Əmirulla Məmmədov Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Dostluq” ordeni ilə təltif olunmasına görə ölkə rəhbərliyinə təşəkkür edib.

Dünya Azərbaycanlıları V Qurultayının iştirakçısı olan professor ordenlə təltif olunmasını böyük şərəfə layiq görülmək kimi qiymətləndirib və fəaliyyətinin belə yüksək səviyyədə dəyərləndirilməsindən qürur hissi keçirdiyini deyib.

Ə.Məmmədov ordeni Şuşa şəhərində almağın isə tamamilə başqa məna daşıdığını dilə gətirib, göstərilən yüksək etimada görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib.

Professor Diasporla İş üzrə Dövlət Komitəsinin dünya azərbaycanlılarını bundan sonra da bir araya gətirəcəyinə və Azərbaycan üçün daha böyük işlər görməyə sövq edəcəyinə inamını da ifadə edib.