...

Amerikalı Nobel mükafatı laureatı V Qurultay iştirakçılarını təbrik edib

25.04.2022

Nobel mükafatı laureatı, İsrail əsilli amerikalı biokimyaçı və biofizik, fəxri professor, Cənubi Kaliforniya Universitetindəki Kimya üzrə Dana və David Dornseif kafedrasının rəhbəri Arye Varşel (Arieh Warshel) Azərbaycan diasporunun tarixində baş verən əlamətdar hadisə - Dünya Azərbaycanlılarının V Qurultayı münasibətilə tədbir iştirakçılarını təbrik edib.

Dünya şöhrətli alimin mədəniyyət paytaxtımız Şuşada keçirilən V Qurultayın iştirakçılarına ünvanladığı məktubda deyilir:

“Hörmətli diaspor nümayəndələri!

Üç dəfə Azərbaycana səfər etmək şərəfinə nail olmuşam. Hər səfərim zamanı ölkənin sürətlə müasir respublikaya çevrilməsi məni heyran edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan iqtisadi inkişaf, multikultural və çoxkonfessiyalı harmoniya modelinə çevrilib. Azərbaycan Diasporunun V Qurultayı mənə və digər aparıcı ekspertlərə Azərbaycan alimləri ilə görüşmək və qarşılıqlı maraq doğuran məsələləri müzakirə etmək üçün gözəl ölkənizə qayıtmaq imkanı verir.

Dostum, dünya şöhrətli riyaziyyatçı-bioloq, professor M.Əfəndiyev yeni rəhbərliyin dövründə Diasporla İş üzrə Dövlət Komitəsinin əldə etdiyi qeyri-adi uğurları mənimlə bölüşdü. Mən bu gün sürətlə dəyişən dünyada Azərbaycan xalqı haqqında həqiqəti və etibarlı məlumatı dünya ictimaiyyətinə çatdırmaqda Diasporla İş üzrə Dövlət Komitəsinin mühüm rolunu dəstəkləyirəm.

Bu mühüm Qurultayın Azərbaycanın mədəniyyət paytaxtı Şuşada toplanması məqsədəuyğundur. Bu, yalnız builki tədbirin əhəmiyyətini vurğulamağa xidmət edir. Sizə uğurlar arzulayıram.

Hörmətlə,
Arye Varşel,
Nobel mükafatı laureatı, Cənubi Kaliforniya Universitetinin
Kimya üzrə Dana və David Dornseif kafedrasının rəhbəri”.