
Dünya Azərbaycanlılarının V Qurultayı ilə bağlı məlumatlandırma kampaniyası başlayıb
Dünya Azərbaycanlılarının V Qurultayının ölkəmizin mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilməsinə dair məlumatlandırma xarakterli kampaniyaya start verilib.
Artıq paytaxt Bakıda və Şuşa istiqamətində yollarda qurultayın başlanması ilə bağlı lövhələr yerləşdirilib.
Lövhələrdə Şuşanın görüntüsü fonunda V Qurultay barədə qısa məlumat və şüarlar əks olunub.