...

Zalsburq Azərbaycan Evində iftar süfrəsi təşkil edilib

11.04.2022

Avstriyanın Zalsburq şəhərində fəaliyyət göstərən Azərbaycan Evində müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsi açılıb.

Avstriya Azərbaycanlıları Cəmiyyətinin (AAC) təşkilatçılığı ilə baş tutan mərasim “Qurani-Kərim”dən ayələrin oxunması ilə başlayıb.

Mərasim iştirakçılarını salamlayan AAC-ın rəhbəri Fərid Əzizov ölkəmizdə və xaricdə yaşayan soydaşlarımızın birlik və bərabərliklə açdıqları iftar süfrələrindən bəhs edib, bu gözəl ənənənin milli-mənəvi dəyərlərimizin yaşadılmasında, tolerantlığın nümayiş etdirilməsində önəminə diqqəti cəlb edib. Qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə xalqımızı, dünya azərbaycanlılarını və türk dünyasını təbrik edib.

Sonra xalqımıza böyük qələbə sevinci yaşadan Vətən müharibəsi və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi yad edilib, ruhlarına dualar oxunub.

Mərasimdə çıxış edənlər xalqımıza ən xoş arzularını çatdırıblar.