Komitə sədri Qlobal Diaspor Sammitinin sessiyasında iştirak edib
Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bu il aprelin 1-dən işinə başlayan Qlobal Diaspor Sammiti-2022-nin sessiya iclasında iştirak edib.
Sessiyada Azərbaycanla yanaşı, Türkiyə, Ukrayna, İraq, Gürcüstan və bir sıra başqa dövlətlər də təmsil olunub.
İştirakçıları salamlayan və sammit təşkilatçılarına təşəkkürünü bildirən Komitə sədri rəhbərlik etdiyi qurumla bir çox beynəlxalq təşkilatlar, eləcə də ayrı-ayrı ölkələrin müfaviq qurumları arasında memorandumlar imzalandığını, ortaq diaspor layihələrinin reallaşdırıldığını, əməkdaşlıq çərçivəsində nailiyyətlər əldə olunduğunu diqqətə çatdırıb.
Sessiya iştirakçılarına əlavə olaraq Azərbaycanın uğurlu diaspor siyasəti, həyata keçirilən layihələr, o cümlədən Diaspor Gənclərinin Yay düşərgələri, “Liderliyin İnkişafı”, “Diaspor Gəncləri 1+1”, “Beyinqazanma” proqramları və digər layihələr haqqında ətraflı məlumat verilib, diasporun təşkilatlanması və beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi barədə danışılıb.
Xatırladaq ki, Qlobal Diaspor Sammiti-2022 İrlandiya Hökuməti və Beynəlxalq Miqrasiya Təşkilatı tərəfindən təşkil olunub. I Sammit 2003-cü ildə keçirilib və bu il Azərbaycan sammitdə ilk dəfə təmsil olunub.