Soydaşlarımız Hannoverdə Novruz bayramını qeyd edib
Almaniyanın Hannover şəhərində Novruz bayramına həsr olunmuş şənlik keçirilib.
“Bakı” Alman-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə baş tutan tədbirdə soydaşlarımız və Azərbaycandan gələn qonaqlar iştirak ediblər.
Tədbirdə çıxış edən “Bakı” Alman-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəbiyyə Nəbiyeva və “Bakımevi”nin rəhbəri, iş xanımı Sevda Yunusova soydaşlarımızı sülh, barış, bərəkət, nikbinlik, birlik və həmrəylik mahiyyətli Novruz bayramı münasibətilə təbrik ediblər.
Tədbirin bədii hissəsində Avstriyanın Vyana Konservatoriyasında təhsil alan istedadlı gənc vokalçı Orxan Cəlilov, teleaparıcı, "Həyat Fondu"nun rəhbəri Hacı Nuran Hüseynov (fortepiano) çıxış ediblər.
Tədbir soydaşlarımızın birlik və həmrəylik rəmzi olan “Yallı” rəqsini ifa etməsi ilə yekunlaşıb.