...

Kazanda Novruz bayramına həsr olunmuş tədbir təşkil edilib

28.03.2022

Rusiya Federasiyası Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində Novruz bayramına həsr olunmuş tədbir keçirilib.

Tatarıstan Xalqları Dostluq Evinin təşkilatçılığı ilə Kazan ippodromunda baş tutan “Novruz-2022” şənliyinə Azərbaycan icması da qatılıb.

“Azərbaycan Milli-Mədəni Muxtariyyəti” regional ictimai təşkilatının və onun nəzdindəki gənclər qolunun üzvlərinin təşkilatçılığı ilə yaradılmış Azərbaycan guşəsində ölkəmizin qədim tarixini, zəngin mədəniyyətini, xalqımızın Novruz adət və ənənələrini əks etdirən kitablar, milli geyimlər, suvenirlər, milli məxbəx nümunələri nümayiş etdirilib.

Tədbir çərçivəsində Bahar qızı müsabiqəsi keçirilib, milli rəqslərimiz və Novruza xas əyləncəli oyunlar təqdim olunub.