...

Mayamidə Novruz şənliyi təşkil edilib

28.03.2022

ABŞ-ın Florida ştatının Mayami şəhərində Novruz bayramına həsr olunmuş şənlik keçirilib.

Florida-Azərbaycan icmasının rəhbəri Esmira Bayramovanın təşkilatçılığı ilə açıq havada baş tutan şənlikdə Azərbaycan və Qazaxıstan icmalarının üzvləri iştirak ediblər.

Tədbirdə çıxış edənlər sülh, barış, bərəkət, dostluq və nikbinlik mahiyyətli Novruz bayramı münasibətilə dünya azərbaycanlılarını və türk dünyasını təbrik ediblər. Təbiətin oyanışının və baharın gəlişinin müjdəçisi olan qədim və gözəl bayram ənənələrini yaşadan və nəsildən-nəslə ötürən türk xalqlarına minnətdarlıq bildirilib.

Sonra hər iki icmanın milli geyimli üzvlərinin ifasında Azərbaycan və qazax rəqsləri, Novruz ənənələrinə məxsus əyləncəli oyunlar nümayiş etdirilib.