...

Moldova paytaxtında Novruz bayramı qeyd edilib

28.03.2022

Kişinyov şəhərində xalqımızın Novruz bayramına həsr olunmuş tədbir keçirilib.

Moldova Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycanın bu ölkədəki səfirliyinin əməkdaşları, soydaşlarımız və Azərbaycandan gələn qonaqlar iştirak ediblər.

Tədbirdə çıxış edən Moldova Azərbaycanlıları Konqresinin sədri Elçin Bayramov, Azərbaycanın Moldovadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanov və başqa diaspor fəalları sülh, barış, dostluq, birlik və həmrəylik mahiyyətli bayram münasibətilə soydaşlarımızı təbrik ediblər. Bildirilib ki, pandemiya məhdudiyyətləri ilə əlaqədar təntənəli tədbirlərə qadağa götürülsə də, icmamız bölgədə yaranmış mürəkkəb şəraitdə bu il bayramın təntənəli şəkildə deyil, dar çərçivədə qeyd edilməsinə üstünlük veriblər.

Bölgədə tezliklə sülhün və əmin-amanlığın yaranması niyyətilə səmaya ağ göyərçinlər buraxılıb.

Bayram ənənələrinə xas milli rəqslərin və əyləncəli oyunların nümayiş etdirildiyi tədbir Novruz tonqalının alovlandırılması və üzərində atlanması mərasimi ilə yekunlaşıb.