...

Malqobekdə Novruz bayramı qeyd edilib

28.03.2022

Rusiya Federasiyasiyası İnquşetiya Respublikasının Malqobek şəhərində Novruz bayramına həsr olunmuş tədbir keçirilib.

İnquşetiya regional Azərbaycan Milli-Mədəni Muxtariyyətinin təşkilatçılığı ilə baş tutan tədbirdə yerli dövlət orqanlarının rəsmi şəxsləri, müxtəlif icmaların nümayəndələri və soydaşlarımız iştirak ediblər.

Tədbirdə çıxış edən İnquşetiyanın Xarici əlaqələr, Milli Siyasət, Mətbuat və İnformasiya Nazirliyinin şöbə müdiri Mədinə Baraxiyeva, İnquşetiya regional Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Rəhmətulla Babayev sülh, barış, dostluq, birlik və həmrəqlik mahiyyətli bayram münasibətilə soydaşlarımızı və qonaqları təbrik ediblər. Sonra II Dünya müharibəsində iştirak etmiş iki soydaşımızın qohumlarına alman faşismi üzərində qələbənin 70 illiyi münasibətilə yubiley medalları təqdim edilib.

Tədbir bayram tonqalının alovlandırılması, Novruz ənənələrinə xas əyləncəli oyunların nümayiş olunması ilə başa çatıb.