...

Minneapolisdə Novruz şənliyi olub

28.03.2022

ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərində Novruz bayramına həsr olunmuş şənlik keçirilib.

Minnesota-Azərbaycan Assosiasiyasının təşkilatçılığı ilə baş tutan bayram şənliyində Azərbaycan, Türkiyə və İran icmalarının üzvləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Minnesota-Azərbaycan Assosiasiyasının rəhbəri Günel Rallis sülh, barış, bərəkət və nikbinliyi təbliğ edən Novruz bayramı münasibətilə dünya azərbaycanlılarını və türk dünyasını təbrik edib. Təbiətin oyanmasının və yenilənməsinin rəmzi olan Novruzun hər soydaşımızın evinə sevinc gətirməsini, ruzi-bərəkət və firavanlıq bəxş etməsini arzulayıb.

Tədbirin bədii hissəsində Türk Assosiasiyasının və Minnesota-Azərbaycan Assosiasiyasının üzvlərinin təqdimatında Azərbaycan müsiqisi və milli rəqslər ifa olunub. Orxan Ucay (tar) və Muxtar Nəsirovun (piano) çıxışları tədbirə xoş ovqat qatıb.