Berndəki “Qarabağ” məktəbində Novruz bayramı barədə məlumat verilib
İsveçrənin Bern şəhərində fəaliyyət göstərən “Qarabağ” həftəsonu Azərbaycan məktəbindəki növbəti dərsin mövzusu Novruz bayramına həsr olunub.
Onlayn formatda baş tutan dərs zamanı məktəbin müəllimi, İsveçrə Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Leyla Bağırzadə yetirmələrini və onların valideynlərini xalqımızın qədim və gözəl bayramı münasibətilə təbrik edib. Sonra şagirdlərə bayramın tarixi, mahiyyəti, rəmzləri və ənənələri barədə müfəssəl məlumat verib. Təbiətin oyanmasının və baharın gəlişinin müjdəçisi olan Novruz bayramının insanlara sülh, barış, sevinc və nikbinlik kimi hisslər bəxş etdiyi nəzərə çatdırılıb.
Novruz ənənələrinə və əyləncəli oyunlara böyük maraq göstərən şagirdlərin ifasında bayrama həsr olunmuş şeirlər səsləndirilib.