...

Britaniya-Azərbaycan məktəbində Novruz bayramı qeyd edilib

26.03.2022

London şəhərində fəaliyyət göstərən Britaniya-Azərbaycan məktəbində xalqımızın qədim Novruz bayramına həsr olunmuş şənlik keçirilib.

Məktəbin müəllim-şagird heyətinin təşkilatçılığı ilə gerçəkləşən şənlikdə valideynlər də iştirak ediblər. Milli geyimli şagirdlər Novruz bayramı ənənələrinə məxsus mahnıları, rəqsləri və əyləncəli oyunları nümayiş etdiriblər.

Tədbiri xalqımızın birlik və həmrəylik rəmzi olan “Yallı” milli rəqsi ilə yekunlaşdıran şagirdlər “Novruz bayramınız mübarək!” şüarını birlikdə səsləndirməklə müəllimlərini və valideynlərini bayram münasibətilə təbrik ediblər.