Kopenhagendə Novruz şənliyi təşkil edilib
Danimarkanın paytaxtı Kopenhagendə Novruz bayramına həsr olunmuş "Novruz-2022 " şənliyi keçirilib.
Danimarka “Vətən” Cəmiyyətinin təşkilatçılığı ilə baş tutan tədbirdə Skandinaviya Türk Federasiyasının, Türkmən Kültür Mərkəzinin, müxtəlif icmaların və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Danimarka “Vətən” Cəmiyyətinin sədri Səfər Sadiqi bayram münasibətilə xalqımızı və türk dünyasını təbrik edib, təbiətin oyanmasının və yenilənməsinin rəmzi olan Novruzun hər soydaşımızın evinə bol sevinc, ruzi-bərəkət və firavanlıq bəxş etməsini arzulayıb.
Tədbir bayram proqramı ilə davam edib. "Cırtdan" uşaq rəqs qrupunun çıxışı şənliyə xüsusi ovqat qatıb.