Avstraliyanın əyalət parlamentində Novruz bayramı münasibətilə tədbir təşkil edilib
Avstraliyanın Yeni Cənubi Uels (NSW) əyalətinin parlamentində Novruz bayramı münasibətilə təntənəli tədbir keçirilib.
Parlamentin təşkilatçılığı ilə baş tutan bayram şənliyində millət vəkilləri, Sidney şəhərinin bələdiyyə sədri, müxtəlif icmaların təmsilçiləri iştirak ediblər. Onların arasında Avstraliya Azərbaycanlıları Assosiasiyasının sədri Mikayıl Oyta, Avstraliya-Azərbaycan Mədəniyyət Assosiasiyasının sədri Exan Məmmədov və digər diaspor nümayəndələri də olub.
Tədbirdə çıxış edən Mikayıl Oyta bayramın Azərbaycan və digər ölkələrdə keçirilməsinin tarixi, adət-ənənələri barədə geniş məlumat verib. Assosiasiya sədri bayram münasibəti ilə bütün iştirakçıları təbrik edib, onlara əmin-amanlıq, sülh və rifah içində yaşamağı arzulayıb.