...

Sürixdəki rəsm dərsi Novruz bayramı mövzusuna həsr olunub

24.03.2022

İsveçrənin Sürix şəhərində "Azərbaycanın Dostları" Birliyinin nəzdində fəaliyyət göstərən "Buta" rəqs dərnəyində Novruz bayramı mövzusunda rəsm dərsi keçirilib.

Dərs zamanı rəsm müəllimi Səbinə Əliyeva dərnəyin şagirdlərinə xalqımızın qədim və milli Novruz bayramının tarixi, mahiyyəti və adət-ənənələrindən danışıb.

Uşaqlar böyük həvəslə Novruzun rəmzləri olan səməni, şəkərbura, paxlava və şorqoğal şəkilləri çəkiblər.

“Azərbaycanın Dostları” Birliyinin sədri Arzu Əliyeva bildirib ki, Azərbaycan mədəniyyətini İsveçrədə yaşayan uşaqlara öyrədib, tanıtmaq və sevdirmək təşkilatın əsas məqsədlərindən biridir və bu yöndə fəaliyyət istiqamətlərini genişləndirmək niyyətindədirlər.

Qeyd edək ki, artıq iki ildir "Buta" uşaq rəqs dərnəyi Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Sürix şəhərində fəaliyyət göstərir.