...

Bişkekdə “Azərbaycan nəğmələri” adlı audiokitab buraxılıb

11.03.2022

Qırğızıstanın paytaxtı Bişkekdə fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun təşəbbüsü və təşkilatçılığı ilə qırğız dilində “Azərbaycan nəğmələri” (“Azərbayjan ırları”) adlı audiokitab hazırlanıb.

Azərbaycanın görkəmli ədib və şairləri Mirzə Fətəli Axundov, Səməd Vurğun, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Cabir Novruz, Sabir Rüstəmxanlı və Məmməd İsmayılın əsərlərinin daxil edildiyi audiokitab general-mayor Həsən Şirinovun xalqımızın ümummilli lideri Heydər Əliyevə həsr etdiyi “Sönməz, əbədidir Heydər Əliyev” şeiri ilə başlayır.

“Azərbaycan nəğmələri” kitabını Qırğızıstanın xalq şairi, Milli Qəhrəman Sooronbay Jusuyev, xalq şairi Baxtıgül Çoturova və Mukan Asanaliyev qırğız dilinə tərcümə ediblər. Səs rejisoru Aygül Mametovadır. Şeirləri tanınmış diktor Jıpargül Şabdanaliyeva səsləndirib.

Audiokitabı aşağıdakı linkdən dinləmək mümkündür:
http://turktoday.info/az/audiokitep/