...

Roli şəhər sakinlərinə Xocalı soyqırımı həqiqətləri barədə məlumat verilib

01.03.2022

ABŞ-ın Şimali Karolina ştatının paytaxtı Roli (Raleigh) şəhərində Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar “Xocalıya ədalət” adlı məlumatlandırma kampaniyası keçirilib.

Azərbaycan Dostluq Təşkilatının rəhbəri Adika İqbal və Vakkas İqbalın təşkilatçılığı ilə baş tutan aksiya zamanı yerli sakinlərə 30 il öncə Ermənistan silahlı birləşmələrinin sovet ordusunun Xankəndidə yerləşdirilmiş 366-cı motoatıcı alayının köməyilə Xocalı şəhərində dinc azərbaycanlılara qarşı törətdiyi soyqırımı barədə ətraflı məlumat verilib.

Yerli sakinlərə Xocalı soyqırımı həqiqətlərini əks etdirən flayerlərlə yanaşı, ölkəmizin milli adət-ənənəsinə uyğun olaraq halva da paylanıb.