...

“Gülüstan” poeması qırğız dilində səsləndirilib

09.03.2022

Bişkekin http://turktoday.info saytında Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin “Gülüstan” poeması qırğız dilində yayımlanıb.

Qırğızıstan paytaxtında fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun təşkilatçılığı ilə audiokitab formatında buraxılan poemanı qırğız dilində ali dərəcəli diktor Jıpargül Şabdanaliyeva səsləndirib. Audiokitabın səs rejisoru Bektursun Kaldarovdur.

Qeyd edək ki, “Gülüstan” poeması bir neçə il əvvəl Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun təşəbbüsü ilə rus, ingilis və qırğız dillərinə tərcümə edilib. Əsəri həmin dillərə mərhum şair və tərcüməçi Mukan Asanaliyev çevirib.

Audiokitabı aşağıdakı linkdən dinləmək olar:
http://turktoday.info/az/gyulistan-poyema-audiokitebi/