“Azerbaijan Ladies Club” xanımlarımızı təbrik edib
Niderlandda fəaliyyət göstərən “Azerbaijan Ladies Club”un təşkilatçılığı ilə 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunuş videokonfrans keçirilib.
Tədbiri giriş sözü ilə açan klubun prezidenti Kəmalə Ceylinova milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında, nəsildən-nəslə çatdırılmasında fədakarlıqlar göstərmiş, 44 günlük Vətən müharibəsində ölkəmizin qələbəsini təmin edən igid övladlar yetişdirmiş, xalqımızın hazırkı mədəni simasının müəyyənləşməsində müstəsna rol oynayan qadınlarımızı təbrik edib.
Konfrans Türkiyənin “Allegra Ensemble” qrupunun konsert proqramı ilə davam edib.
Sonra “ALİM” elm cəmiyyətinin, Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının sədri Dr. Günel Səfərova, İsveç-Azərbaycan Birliyinin rəhbəri Sevda Dadaşova, Azərbaycan Diaspor Gənclərinin Misir üzrə əlaqələndiricisi Səbinə Sultan, Sultan Qabus Universitetinin piano müəllimi Dr. Vüsalə Yusuf, Alman-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Lalə Məmmədli, artistlər Tuğba Yazıcı, Seher Terzi, müəllim, layihə koordinatoru Elif Selçuk qadın hüquqlarına dair məruzələrlə çıxış ediblər və fikir mübadiləsi aparıblar.
Konfrans Vüsalə Yusufun ifasında təqdim edilən konsert proqramı ilə başa çatıb.