...

Podqoritsa sakinləri Xocalı soyqırımı ilə bağlı məlumatlandırılıb

02.03.2022

Monteneqronun paytaxtı Podqoritsa şəhərində Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar məlumatlandırma aksiyası keçirilib.

Diasporla iş üzrə Dövlət Komitəsinin dəstəyi və Azərbaycan-Monteneqro Mədəni və İqtisadi Mərkəzinin təşkilatçılığı ilə baş tutan aksiya zamanı Xocalı soyqırımı həqiqətlərini əks etdirən flayerlər paylanılıb. Monteneqro dilində hazırlanan flayerlərdə faktlar və Xocalı soyqırımı haqqında dünyanın nüfuzlu mətbuat orqanlarının xəbərlərindən çıxarışlar təqdim edilib. Soydaşlarımız belə faciələrin təkrarlanmaması naminə Monteneqro əhalisini soyqırımı vəhşiliklərini unutmamağa çağırıblar.

Qeyd edək ki, Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə dünyanın 40 ölkəsində 150-yə yaxın tədbir keçirilib.

Bundan başqa, Monteneqro və Bosniya mətbuatında Azərbaycan-Monteneqro Mədəni və İqtisadi Mərkəzinin müşaviri Bojidar Proroçiçin Xocalı faciəsinin 30-cu ildönümü haqqında məqaləsi yayımlanıb. Məqalədə erməni vəhşilikləri, Xocalı soyqırımı və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən başlayan “Xocalıya ədalət!” kampaniyası haqqında geniş məlumat verilib.

Məqaləni ətraflı şəkildə aşağıdakı linklərdən oxumaq mümkündür:

https://odgovor.me/2022/02/25/hodzali-genocid-bozidar-prorocic/
http://www.bosnjaci.net/prilog.php?pid=75257
https://bhdinfodesk.com/2022/02/25/hodzali-genocid/
https://crnogorskiportal.me/sadrzaj/7446
https://madeinmontenegro.com/hodzali-genocid/
https://skalaradio.com/hodzali-genocid/
https://magazin.sandzak.com/2022/02/25/hodzali-genocid/