...

Latviya mediasında Xocalı soyqırımından bəhs edilib

02.03.2022

Latviyanın https://lz.lv xəbər saytında Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar məqalə yerləşdirilib.

Məqalədə bildirilib ki, bütün dünyadakı azərbaycanlılar kimi, Latviyada yaşayan soydaşlarımız da Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini yad edirlər. Hər il Riqanın qədim hissəsində yürüş keçirilir, “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində beynəlxalq ekspertlərin iştirakı ilə konfranslar və anım tədbirləri təşkil olunurdu.

Sayta müsahibəsində “Azəri” Gənclər Mərkəzinin rəhbəri Amil Səlimov bildirib ki, pandemiya məhdudiyyətlərinə görə hazırda ictimai tədbirləri keçirə bilmirlər. “Amma Latviyadakı hər bir azərbaycanlı konfrans və toplantı olmadan da Xocalı soyqırımı qurbanlarının xatirəsini öz ailə çevrələrində yad edir. Biz sosial şəbəkələr vasitəsilə bütün dünyaya Xocalı qətliamını xatırladırıq”, - deyə bildirib.

Qeyd edilib ki, 26 fevral 2015-ci il tarixində Latviya Seymi Xocalı qətliamı ilə bağlı 53 deputatın imzaladığı müvafiq bəyanatı qəbul edib. Həmin sənəddə bəşəriyyətə qarşı törədilmiş bu cinayət pislənib.

Məqaləni ətraflı şəkildə aşağıdakı linkən oxumaq mümkündür:

https://lz.lv/p/segodnia-azerbaidzhantsy-latvii-pominaiut-zhertv-khodzhadinskoi-rezni-87170