...

“Sülh üçün oxu” videoçarxı təqdim edilib

02.03.2022

Paris şəhərində Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar “Sülh üçün oxu” adlı layihə həyata keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Fransada fəaliyyət göstərən “Etibar Asadli PRO” şirkətinin təşkilatçılığı ilə ərsəyə gələn videoçarxda dünyanın müxtəlif ölkələrində yaşayan musiqiçilər “Pıçıldasın ləpələr” mahnısını ifa ediblər.

Sülh üçün oxuyanlar arasında Etibar Əsədli (Paris, Fransa), Ameli Nils (Paris, Fransa), Kostas Fortas (Afina, Yunanıstan), Ələfsər Rəhimov (İstanbul, Türkiyə), Maya Azusena (Nyu York, ABŞ), Burcu Karadağ (İstanbul, Türkiyə), Sahib Əsədli (Qubadlı, Azərbaycan), Elnur Huseynov (İzmir, Türkiyə), Atsuko Suetomi (Tokio, Yaponiya), Arslan Hazreti (İstanbul, Türkiyə), Elif Sançes (Nyu York, USA) Kevin Lazakis (Afina, Yunanıstan), Nora Kamm (Frankfurt, Almaniya) Qay Bernfeld (Herzliya, İsrail), Amira Gill (Dehli, Hindistan), Şəhriyar İmanov (Bakı, Azərbaycan), Clelya Abraham (Bas-Ter, Qvadelupa) kimi tanınmış ifaçılar olub.

Qeyd edək ki, Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə dünyanın 40 ölkəsində 150-yə yaxın tədbir keçirilib.

https://youtu.be/ZfHdrTIEit8