Ukrayna Azərbaycanlıları Radasında yaradılan operativ qərargahın nömrəsi dəyişib
Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycan hökumətinin tapşırığı ilə digər dövlət qurumları ilə koordinasiyalı şəkildə işləyərək, Ukraynada yaşayan soydaşlarımızın təxliyəsi üçün bütün imkanlarını səfərbər edib.
Ukraynada çoxlu sayda azərbaycanlıların yaşadığını nəzərə alaraq, Ukrayna Azərbaycanlıları Radasında operativ qərargah yaradılıb. Qərargahın nömrəsi dəyişib. Həmvətənlərimiz aşağıdakı nömrə ilə əlaqə saxlaya bilərlər:
Ukrayna Azərbaycanlıları Radası (Kiyev) +380 (98) 949 70 38
Email: raukyiv@gmail.com