...

Höteborqdakı azərbaycanlı uşaqlara Xocalı soyqırımı barədə məlumat verilib

01.03.2022

İsveçin Höteborq şəhərindəki mərkəzi kitabxanada Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

İsveç-Azərbaycan Qarabağ Azadlıq Mərkəzinin təşkilatçılığı ilə baş tutan tədbirdə bu ölkədə yaşayan soydaşlarımız və onların övladları iştirak ediblər. Uşaqlar Xocalı soyqırımına ithaf olunmuş şeirlər söyləyiblər və rəsmlər çəkiblər.

Tədbir diasporumuzun gələcək nəslini Azərbaycanın tarixi haqqında bilgiləndirmək, xalqımızın başına gətirilən faciələrin unudulmasına yol verməmək məqsədilə həyata keçirilib.

Qeyd edək ki, Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə dünyanın 40 ölkəsində 150-yə yaxın tədbir keçirilib.