Kanadalı parlamentarlar Xocalı soyqırımı barədə məlumatlandırılıb
Xocalı soyqırımının 30-cü ildönümü ilə əlaqədar Kanadanın parlament üzvlərinə müraciət edilib.
Kvebek Azərbaycanlıları Assosiasiyasının sədri Məsud Əliyevin imzası ilə ünvanlanan məktubda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini işal etdiyi və dinc azərbaycanlılara qarşı amansız soyqırım törətdiyi barədə ətraflı məlumat verilib.
Xocalı soyqırımını bəşəri çinayət, Ermənistanın Azərbaycana qarşı təcavüzkar planının tərkib hissəsi adlandıran müraciət müəllifi bir sıra ölkələrin, o cümlədən ABŞ-ın 20-dən çox ştatının Xocalı faciəsini soyqırımı kimi tanıdıqlarını nəzərə çatdırıb. Təəssüflə qeyd edilib ki, bu dəhşətli soyqırım aktının baiskarları və icraçıları indiyədək cinayət məsuliyyətinə cəlb olunmayıblar
Soydaşlarımız kanadalı parlamentarları Xocalı soyqırımına biganə qalmamağa çağırıblar.