...

Sürixdə Xocalı soyqırımına rəqs ithaf olunub

01.03.2022

İsveçrənin Sürix şəhərində fəaliyyət göstərən "Buta" rəqs dərnəyində Xocalı soyqırımının 30-cu ildönümünə ithaf olunmuş rəqs təqdim edilib.

Təqdimatdan öncə dərnəyin uşaq bölməsi üzvlərinə Xocalı hadisələri barədə ətraflı məlumat verilib. Sonra uşaqların ifasında "Laçın" xalq mahnısı əsasında qurulmuş rəqs nümayiş etdirilib. Rəqsin quruluşu dərnəyin xoreoqrafı Cəmilə Muradovaya məxsusdur.

Xatırladaq ki, "Azərbaycanın Dostları" Birliyinin nəzdindəki “Buta” rəqs dərnəyi bir ildən artıqdır İsveçrənin Sürix şəhərində fəaliyyət göstərir.

Qeyd edək ki, Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə dünyanın 40 ölkəsində 150-yə yaxın tədbir keçirilib.