...

Vülnüs və Kaunasda Xocalı barədə məlumatlandırma aksiyaları təşkil edilib

01.03.2022

Litvanın Vülnüs və Kaunas şəhərlərində Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar anım tədbirləri keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Litva Azərbaycanlı Gənclər Təşkilatının (AYOL) və Baltikyanı ölkələr üzrə Azərbaycanlıların Koordinasiya Şurasının Litvadakı əlaqələndiricisi Nərmin Əliyevanın təşkilatçılığı ilə baş tutan tədbirlərdə yerli və azərbaycanlı tələbələr iştirak ediblər.

Tədbirdə çıxış edənlər 1992-ci il fvralın 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələrinin sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının köməyilə Xocalıda dinc insanlara qarşı məhz azərbaycanlı olduqlarına görə xüsusi amansıqlıqla soyqırımı törətdikləri barədə ətraflı məlumat veriblər. Bu cinayətin baiskarlarının və icraçılarının indiyədək məsuliyyətə cəlb olunmadıqları vurğulanıb.

Nəzərə çatdırılıb ki, Ermənistan hərbi birləşmələrinin dinc və günahsız azərbaycanlılara qarşı törətdiyi kütləvi qırğın barədə litvalı rejissor Andreas Brokas və jurnalist Riçard Lapaitis “Sonsuz dəhliz” adlı sənədli film çəkiblər. Film Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” təbliğat kampaniyası çərçivəsində hazırlanıb.

Sonra “Sonsuz dəhliz” sənədli filmi nümayiş etdirilib.

Tədbir çərçivəsində tələbələrə Xocalı soyqırımı həqiqətləri barədə məlumatları əks etdirən kitablar və bukletlər paylanıb.

Qeyd edək ki, Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə dünyanın 40 ölkəsində 150-yə yaxın tədbir keçirilib.