...

Frisland vilayət parlamentində Xocalı soyqırımının müzakirə olunması tələb edilib

01.03.2022

“Niderlandda Azərbaycan Evi” təşkilatı Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Frisland vilayətinin parlamentində fəaliyyət göstərən 7 siyasi partiyanın təmsilçisinə müraciət edib.

Təşkilatın sədri Elxan Mirhəşimlinin imzası ilə partiya təmsilçilərinə ünvanlanan məktubda Xocalı soyqrımının Frisland vilayət parlamentində muzakirəyə çıxarılması, Ermənistan silahlı birləşmələrinin mülki Azərbaycan vətəndaşlarına qarşı törətdikləri hərbi cinayətə munasibət bildirilməsi tələb olunub.

Qeyd edək ki, “Niderlandda Azərbaycan Evi”nin təşəbbüsü ilə Leevarden şəhərinin mərkəzində dinc aksiya təşkil olunub. “Xocalıya ədalət” tələb edən soydaşlarımız Xocalı soyqırımı həqiqətlərini əks etdirən fotomateriallar nümayiş etdiriblər. Aksiya ilə maraqlanan şəhər sakinlərinə erməni faşistlərinin 30 il öncə törətdikləri kütləvi qırğın haqqında məlumat verilib.

Xatırladaq ki, Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə dünyanın 40 ölkəsində 150-yə yaxın tədbir keçirilib.