Berlinin mərkəzində Xocalı soyqırımı ilə bağlı fləşmob təşkil edilib
Almaniyanın paytaxtı Berlin şəhərindəki Brandenburq qapıları önündə Xocalı soyqrırımının 30-cu ildönümü ilə əlaqədar fləşmob keçirilib.
Almaniyada fəaliyyət göstərən Azərbaycan icmasının təşkilatçılığı ilə baş tutan fləşmob zamanı Ermənistan silahlı birləşmələrinin Xocalıda dinc sakinlərə qarşı törətdiyi dəhşətli soyqırımdan 30 il keçdiyinə diqqəti cəlb etmək məqsədilə meydanda şamların düzülüşü ilə “Xocalı – 30” sözü və “613” rəqəmi yaradılıb.
Aksiya çərçivəsində yerli sakinlərə Xocalı soyqırımı həqiqətləri barədə məlumatları əks etdirən buklet və flayerlər paylanılıb.
Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə dünyanın 40 ölkəsində Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar 150-yə yaxın tədbir keçirilib.