...

Almaniyada Xocalı soyqırımı qurbanlarına ithaf edilmiş konsert olub

01.03.2022

Almaniyanın Karlsrue şəhərində Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar anım konserti keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və “Odlar Yurdu” kamera orkestrinin təsisçisi və direktoru Fəridə Rüstəmovanın təşkilatçılığı ilə “Baden Hall” konsert salonunda baş tutan tədbirdə yerli ictimaiyyətin və Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.

Konsert öncəsi Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və 30 il öncə Ermənistan silahlı qüvvələrinin sovet ordusunun Xankəndidəki 366-cı motoatıcı alayının iştirakı ilə beynəlxalq hüquq normalarını və prinsiplərini kobudcasına pozaraq Xocalı şəhərini işal etdiyi, dinc və günahsız şəhər sakinlərinə qarşı məhz azərbaycanlı olduqlarına görə dəhşətli soyqırımı törətdiyi barədə məlumat verilib.

Sonra Xocalı soyqırımı qurbanlarına ithaf olunmuş konsert proqramı təqdim edilib.

Qeyd edək ki, Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə dünyanın 40 ölkəsində 150-yə yaxın tədbir keçirilib.