...

Çexiya paytaxtında Xocalı soyqırımına həsr olunmuş aksiya keçirilib

01.03.2022

Praqa şəhərində Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar məlumatlandırma aksiyası keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Azərbaycan icmasının üzvü Fərid Əmirəliyevin təşkilatçılığı ilə şəhərin mərkəzində baş tutan aksiyada bu ölkədə təhsil alan tələbələrimiz iştirak ediblər.

Aksiya zamanı Xocalı soyqırımı həqiqətlərini əks etdirən fotolar nümayiş etdirilib, yerli sakinlərə erməni faşistlərinin törətdikləri kütləvi qırğından bəhs edən broşürlər və vərəqlər paylanılıb.

Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq meydanda şamlar “Xocalı – 30” formasında düzülüb.

Qeyd edək ki, Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə dünyanın 40 ölkəsində 150-yə yaxın tədbir keçirilib.