Riqada Xocalı soyqırımı barədə məlumatlandırma aksiyası təşkil edilib
Latviyanın paytaxtı Riqa şəhərində Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar məlumatlandırma aksiyası keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, “Azəri” gənclər təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə paytaxtın mərkəzi küçələrində yerləşdirilmiş elektron lövhələrdə Xocalı soyqırımı haqqında qısa məlumat əks olunub, bu dəhşətli qətliamdan 20 il keçdiyinə diqqət cəlb edilib.
Qeyd edək ki, Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə dünyanın 40 ölkəsində 150-yə yaxın tədbir keçirilib.