Niderland mediasında Xocalı soyqırımından bəhs edilib
Niderlandın https://www.haber.nl xəbər saytında Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar “Xocalı soyqırımının qanlı səhifəsi” sərlövhəli məqalə yerləşdirilib.
Niderland Krallığında fəaliyyət göstərən “Azerbaijani Ladies Club”un rəhbəri Kəmalə Ceylinovanın qələmə aldığı məqalədə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal etdiyi və məhz azərbaycanlı olduqlarına görə dinc əhaliyə qarşı törətdiyi dəhşətli soyqırımı barədə ətraflı məlumat verilib.
Məqalədə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin misli görünməmiş amansızlıqla və vəhşiliklə törədilən Xocalı soyqırımı barədə fikirlərinə yer verilib.
Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:
https://www.haber.nl/savas-insanligin-en-kotu-hastaligidir-ve-soykirim-en-tedavi-edilemez-yaradir/