...

Tbilisidə Xocalı soyqırımının 30 illiyi ilə bağlı məlumatlandırma aksiyası keçirilib

28.02.2022

Tbilisi şəhərinin bir neçə bölgəsində Xocalı soyqırımının 30 illiyi ilə bağlı məlumatlandırma aksiyası keçirilib.

"Lider Media" təşkilatının və "24News.ge" xəbər portalının əməkdaşlarının birgə təşkil etdiyi aksiyada “Rustaveli” metro stansiyası, parlament binası, meydan ərazisi və Azadlıq meydanı yaxınlığında faciə barədə gürcü və ingilis dillərində məlumatların yer aldığı 600-ə yaxın qeyd dəftəri, “Xocalıya ədalət” yazısının olduğu tibbi maska və qələmlər paylanılıb.

Təşkilatın rəhbəri Azər Məmmədov jurnalistlərə açıqlamasında deyib ki, aksiyanın məqsədi Xocalıda insanlığa qarşı törədilən qatı cinayətləri Gürcüstan ictimaiyyətinin və Tbilisi şəhərinin qonaqlarının diqqətinə çatdırmaqdır.