...

Almaniya parlamentinə, ictimai və dini qurumlara Xocalı soyqırımı barədə məlumat verilib

28.02.2022

Almaniyanın Münhen şəhərində yaşayan soydaşlarımız Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar parlament, ictimai və dini qurumları məlumatlandırıblar.

Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və Münhen Azərbaycanlıları Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə baş tutan aksiya zamanı üzərində Xocalı faciəsini əks etdirən poçt markaları olan 300 flayer Almaniya Federativ Respublikasının bundestaqı, Bavariya landtaqı (parlament), Almaniya Mərkəzi Protestant kilsəsi, Alman Mərkəzi Arxeparxiya, Almaniyada Yəhudilərin Mərkəzi Şurası”, Almaniyada Müsəlmanların Mərkəzi Şurası və sair kimi dövlət və ictimai qurumlara ünvanlanıb.

Flayerlərdə Ermənistan silahlı birləşmələrinin 30 il öncə Xocalı şəhərində günahsız azərbaycanlılara qarşı törətdiyi soyqrımı haqqında ətraflı məlumat verilib.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə dünyanın 40 ölkəsində Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar 150-yə yaxın tədbirin keçirilməsi nəzərdə tutulur.