Salonikidə Xocalı soyqırımı ilə bağlı məlumatlandırma aksiyası təşkil edilib
Yunanıstanın Saloniki şəhərində Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar məlumatlandırma aksiyası keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, “Qala” Yunanıstan-Azərbacan Dostluq Cəmiyyətinin və Salonikidəki Azərbaycan Evinin rəhbəri Rəşid Məmmədovon təşkilatçılığı ilə aksiya şəhərin Aristotel meydanında baş tutub.
Aksiya zamanı yerli sakinlərə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin məhz azərbaycanlı olduqlarına görə Xocalıda dinc və günahsız əhaliyə qarşı dəhşətli soyqırımı törətdiyi barədə məlumatın əks olunduğu broşürlər paylanıb.
Qeyd edək ki, Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə dünyanın 40 ölkəsində 150-yə yaxın tədbir keçirilib.