...

Lüksemburqda Xocalı soyqırımı qurbanları yad edilib

28.02.2022

Lüksemburqda Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Doasporla İş üzrə Dövlət Komitəsinin informasiya dəstəyi və “Qarabağ” Mədəniyyət Assosiasiyasının təşkilatçılığı ilə baş tutan tədbirdə Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edənlər Ermənistan silahlı qüvvələrinin Xocalıda dəhşətli soyqırımı törətməsini xalqımıza qarşı uzun illər həyata keçirilən etnik təmizləmə və təcavüzkar siyasətin tərkib hissəsi kimi qiymətləndiriblər. Xocalıda baş verənlərə şahid olan dinc sakinlərin acı hekayələrini xatırladan soydaşlarımız Azərbaycan xalqının heç bir vaxt Xocalı faciəsini unutmayacağını və unutdurmayacağını, “Xocalıya ədalət!” tələb etdiklərini nəzərə çatdırıblar.

Tədbir çərçivəsində Xocalı soyqırımı qurbanlarına həsr olunmuş anım guşəsi təşkil edilib.

Qeyd edək ki, Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə dünyanın 40 ölkəsində 150-yə yaxın tədbir keçirilib.